Paytaxtda yeni çəkilmiş yol təəccübləndirdi – VİDEO

Bakıda çəkilən yeni yol diqqət çəkib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəsində, yaşayış binasının həyətində çəkilən yeni yol ağacların məhvinə səbəb olmayıb.

Belə ki, ağaclar yeni çəkilmiş yolun tən ortasında saxlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Oxu.az-a çəkilən yolun məhəllədaxili infrastruktur olduğuna görə AAYDA-nın balansında olmadığını bildirilib.

Qeyd edək ki, belə görüntülərə qardaş ölkə olan Türkiyənin ara küçələrində tez-tez rast gəlinir.