azedu.az 16859494621892179190647d8c1682187 419

Bakıda yaşayış kompleksində yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində yerləşən “Mirvari park” yaşayış kompleksində qeydə alınıb.

Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası göndərilib.

Yanğın yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Paylaş: