Bakıda yanğın tıxaca səbəb oldu – FOTO

b

Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində beşmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Ağa Nemətulla küçəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hərəkətin və ərazidə olan şəxslərin təhlükəsizliyinin təmin olunması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Bakıda baş vermiş yanğınla əlaqədar nəqliyyat sıxlığı yaranıb - FOTO