Bakıda yanğın baş verən binanın sakinləri: “Şam işığında otururuq”

guiRD5bkDHGw5JGcjPtbdGZlBvaRBZtLPRLk8M2p 1200

Bakıda yanğın baş verən yaşayış binasında bir həftədir ki elektrik enerjisi verilmir.

Globainfo.az xəbər verir ki, iyulun 7-də paytaxtın Xətai rayonu, General Şıxlınski küçəsində 16 mərtəbəli binanın şaxtasında yanğın baş verib.

“Bir həftədir işığımız yoxdur, şam işığında otururuq. Yeməyi düşüb həyətdə yeyirik. Heç kim bizimlə maraqlanmır”, – sakinlər narazılığını bildiriblər.

MTK-dan bildirilib ki, iş nəzarət altındadır, problem qısa müddət ərzində həll olunacaq.

“Azərişıq” ASC-dən verilən məlumata görə, binanın sayğacları hazırdır. MTK tərəfindən işlər tamamlandıqdan dərhal sonra sayğaclar quraşdırılacaq.

Ətraflı Baku TV-nin süjetində: