Bakıda tələbə imtahana elə bir şey gətirdi ki… – FOTO

İyunun 7-də Dövlət İmtahan Mərkəzi tərəfindən Bakıda keçirilən magistraturaya qəbul imtahanında 1 tələbə imtahana qeyriadi bir əşiya “cadu” ilə gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə DİM-in nəzarətçi müəllimi Elyar İslamoğlu öz “Facebook” hesabında paylaşım edib.

“Qırmızı parçaya nəyisə büküb üzərinə qəpik qoyaraq sapla + (plus) formasında çoxlu sarıyıblar. Daha sonra parçanın üzərinə şam əridib töküblər. Təsəvvür edin, bu cadu-pitini 4 il universitetdə ali təhsil alan bir tələbə Bakıda keçirilən magistr imtahanına gətirib”, – deyə paylaşımda yazılıb.

Bakıda tələbə imtahana cadu ilə gəldi