Bu gün Bakının Təzəpir məscidində Qurban bayramı namazı qılındı.
Globalinfo.az xəbər verir ki, namaz Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə namaz qılınıb.
Yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət dilənilib.
