Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Suraxanı rayon prokurorluğundan Globalinfo.az-a verilən məlumata görə, oktyabrın 11-də Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1982-ci il təvəllüdlü Ayxan Mustafayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarət yetirərək Ayxan Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
V.Ş (şərti) rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***10:16
Bakıda qətl törədilib.
Globalinfo.az “Report”a istinadən bildirir ki, oktyabrın 11-i saat 16 radələrində Əmircan qəsəbəsi İ.Şükürov küçəsi ev 6-nın qarşısından orada yaşayan 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, qəsəbə sakini 2009-cu il təvəllüdlü Rasif Rəfail oğlu Xəlilov tutulub.
Faktla bağlı Suraxanı rayon prokurorluğu tərəfindən aparılır.