64bd91484900064bd914849001169014509664bd914848ffe64bd914848fff

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.

Belə ki, yürüstü piyada keçidinin altından keçən 30-35 yaşlı qadını Bayramov Anar Fəhiyar oğlunun idarə etdiyi 10-UT-528 dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Sürücü məsuliyyətə cəlb edilib.

Paylaş: