Bakıda qidadan zəhərlənən qadın xəstəxanada vəfat edib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, noyabrın 4-ü saat 04 radələrində Binə qəsəbə sakini 1976-cı il təvəllüdlü Qərənfil Nəcəf qızı Cabbarova yaşadığı evdə qidadan zəhərlənib.
Xəstəxanaya yerləşdirilmiş Q.Cabbarova orada ölüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəstəxanadan verilən məlumata görə, pasiyentə adekvat təyin edilmiş və düzgün tətbiq edilmiş dərman maddəsinə patoloji reaksiya, toksik epidermal nekroliz, digər və dəqiqləşdirilməmiş dərman vasitələri, medikamentlər və bioloji maddələrlə təsir etmə, dəqiqləşdirilməmiş ürək çatışmazlığı diaqnozu qoyulub.
AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər”.