polis emeliyyat

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində üzərində psixotrop maddə metamfetamin aşkarlanan 30 yaşlı C.Təhməzov saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxs Xəzər rayonu ərazisində yerləşən 3 evdən və bir nəfərə məxsus torpaq sahəsindən oğurluq edib, nəticədə zərərçəkənlərə ümumilikdə 7150 manat maddi zərər vurub.

Bundan başqa, Nizami rayonu ərazisində bir nəfərə məxsus “Hyundai” markalı avtomobildən 3000 manat oğurlayan əvvəllər məhkum olunmuş 25 yaşlı Ə.Zeynalov da saxlanılıb.

Paylaş: