narkotik olum 12

Dünən Bakıda evdə meyiti tapılan şəxsin ölüm səbəbi məlum olub.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, saat 20 radələrində Yasamal rayonu ərazisində yerləşən binalardan birindəki mənzilində meyiti aşkar edilən 1983-cü il təvəllüdlü V.Babayevin narkotikdən ölməsi müəyyən edilib. Belə ki, meyitin zorakılıq əlamətləri olmayıb.

Hadisə yerinə baxış keçirilən zaman narkotik maddəyə bənzər kütlə aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

Malik
Globalinfo.az

Paylaş: