Bakıda məscidin qarşısında ağır qəza: ölən var

Bakı şəhər Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

Globalinfo.az xəbər verir ki, 1985-ci il təvəllüdlü Vüqar Şahbalıyev idarə etdiyi “Mitsubishi L200” markalı avtomobillə İmam Rza məscidinin qarşısında qadını vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.

İlkin araşdırmalar zamanı vəfat edən piyadanın 1966-cı il təvəllüdlü Zöhrə Cəbrayıl qızı Xəlilova olması müəyyənləşib.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanılıb.