Bakıda İran vətəndaşı həmyerlisindən polisə şikayət etdi

Bakıda dələduzluqla üzləşdiyini bildirən İran vətəndaşı hüquq-mühafizə orqanlarına müraciət edib.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun xəbərinə görə, 1985-ci il təvəllüdlü Rasti Moslem Khodadan Səbail Rayon Polis İdarəsinə müraciətində bildirib ki, həmyerlisi, 1968-ci il təvəllüdlü Hamidreza Soheili Shamiran onu aldadaraq külli miqdarda pulunu alıb.

Şikayətçi iddia edib ki, qarşı tərəf ona məxsus ümumilikdə 47 170 manat pulu ələ keçirib.

Müraciətlə bağlı araşdırma aparılır.