İldə ömrümüzün 7,6 gününü tıxacda keçiririk – Deputat

Bir insan Bakıda il ərzində ömrünün 7,6 gününü tıxacda keçirir.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deputat İltizam Yusifov deyib.

Deputat bildirib ki, hər gün Bakıda tıxaclarla qarşılaşırıq: “10-15 dəqiqə səhər, elə bu qədər də işdən sonra tıxacda qalsaq, bu, təxminən il ərzində 7,6 gün edir. Dünyanın ən tıxaclı şəhərləri İstanbul və Moskva sayılır. Bu rəqəm orada 5 gündən bir az artıqdır. Bizdə kişilər üçün orta yaş həddi 73 ildir. Deməli, Bakıda 73 il yaşan şəxs ömrünün 1,5 ilini tıxacda keçirir. Bu, çox böyük rəqəmdir”.