Bakıda divarlara yazılmış bu sözlər əhalini qorxuya saldı – VİDEO

Jurnalist Ömər Xəyyam bina və məktəb divarlarında, fasadlarda bu cür saytların və narkomaniyanı təbliğ edən şüarların paytaxtın demək olar ki, hər yerdə olması barədə öz feysbuk səhifəsində paylaşım edib. O bildirib ki, narkoşəbəkə divarlara “şüar”lar yazanlara ya havayı narkotik verir, ya da maaş.

Globalinfo.az APA-ya istinadən bildirir ki, paytaxtın bir-neçə ərazisinə baş çəkdik. Az qala üzümüzü çevirdiyimiz hər yerdə bu yazılar rastımıza çıxdı. Sakinlərin bəziləri bu yazılara məna verə bilməsə də, məktəblilərin əksəriyyəti saytda nələrin olduğundan xəbərdar imiş.

Teleqram üzərindən narkotik vasitə aludəçisi kimi yazışdığımız şəxslər bizə narkotik vasitələrin növlərini və qiymətlərini göndərdilər. Hansı əraziyə çatdırılma olacağını öyrəndikdən sonra göndərdikləri hesaba pul ödəyib çeki atmağımızı istədilər. Bundan sonra ki, prosesi təsəvvür etmək yəqin ki, o qədər də çətin deyil. Bu qayda ilə müəyyən pul qarşılığında əksəriyyəti gənclər olmaqla bir çox insanın həyatı məhv olur.

Bəs bunun qarşısını necə almaq olar? Narkoekspert Emil Maqalov məsələ ilə bağlı müvafiq qurumlar təfərindən lazımi tədbirlərin görmədiyindən şikayətlənir.

DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirib ki, sosial şəbəkələrdə paylaşılmış narkotiklərin təbliği məqsədilə divarlara şüarların
yazılmasını əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılır. Ərazi polis orqanları məlumatlandırılıb, tədbir görülür.

Qeyd edək ki, Bakıda binaların fasadına, məktəb divarlarına narkotik satışını təbliğ edən şüarlar yazan 3 nəfər həbs edilib.