Paytaxtın Nəsimi rayonu ərazisində – Azadlıq prospekti ilə Səttar Bəhlulzadə küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli binada yanğın hadisəsi baş verməyib. Sözügedən binanın dam örtüyündə təmir işləri aparılır.
Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
***12:53
Bakıda yaşayış binasında yanğın başlayıb.
Oxu.Az-ın məlumatına görə, paytaxtın Nəsimi rayonu ərazisində – Azadlıq prospekti ilə Səttar Bəhlulzadə küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli bina yanır.