Bu gün saat 17 radələrində paytaxtın Nizami rayonunda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar olub.
Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, “Rang-Rover” və “Opel” markalı avtomobillərin iştirakı ilə baş verən yol nəqliyyat hadisəsində “Opel” markalı avtomobilin sərnişini olan polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Nizami RPİ-də araşdırma aparılır.