Bakıda 4 yaşlı uşaq binadan yıxılaraq öldü

Bakının Nizami rayonunda uşaq ehtiyatsızlıqdan ölüb.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, hadisə Qara Qarayev prospekti 92 ünvanında qeydə alınıb.

Belə ki, 2018-ci il təvvəllüdlü Ağayeva Zəhra Qafar qızı valideyn nəzarətindən kənar yaşadığı mənzilin yataq otağının pəncərəsindən yerə düşüb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qeyd edək ki, uşaq binanın 4-cü mərtəbəsindən yerə düşüb.