Bakı sakini Tərtərdə su kanalında boğuldu

Tərtərdə bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, Bakıdan qonaq gələn 1999-cu il təvəllüdlü Vüsal Quliyev xalası oğluna məxsus “VAZ-21015” markalı minik avtomobilini idarə edərkən nəqliyyat vasitəsini su kanalına aşırıb. Hadisə nəticəsində 25 yaşlı Vüsal Quliyev boğularaq ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.