Bakı metrosunda qatarlar gecikir

Bakı metrosunda qatarların hərəkəti ləngiyir.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Globalinfo.az-a bildirib ki, “Həzi Aslanov-Dərnəgül” istiqamətində hərəkət edən qatarın qapısına sərnişin müdaxiləsi olub.

“Bu zaman maşinistin idarəetmə lövhəsində dərhal müvafiq siqnal işə düşüb. Bu səbəbdən maşinist qatara baxış keçirib, sonra bütün məsələlər qaydasında olub və o, yoluna davam edib. Sonradan təkrar eyni hal yaranıb və qatar xəttin ortasında olduğundan onun xətdən çıxarılması zərurəti yaranıb. Qatar elektrik deposuna göndərilib, onun əvəzinə dərhal xəttə başqa qatar verilib. Nəticədə qatarın hərəkətində intervaldan əlavə 4 dəqiqə gecikmə yaranıb”, – B. Məmmədov deyib.