FotoJet 2

“Sahil” stansiyasında “İçərişəhər-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarın sərnişin salonu qapısının bağlanmaması ilə bağlı maşinistin idarəetmə pultunda işarəvermə sistemi işə düşüb.

Bakı Metropoliteninin Mətbuat Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, vaqon qapısının bağlanması ilə bağlı problem olmadığı aşkarlansa da, sərnişin təhlükəsizliyi tələbinə, metropolitenin müvaviq qaydalarına uyğun olaraq, eləcə də qatarların hərəkət qrafikinin pozulmaması məqsədilə sərnişinlər düşürülüb, qatar sərnişinsiz yola salınıb.

“28 May” stansiyasında qapıya təkrar baxış keçirilib işarəvermə sistemi yoxlanılıb.

Hər hansı bir texniki problemin olmadığına əminlik yarandığından “Gənclik” stansiyasından başlayaraq qatar sərnişinlərlə yoluna davam edib.

***

“Bakı Metropoliteni” QSC-nin qatarında nasazlıq yaranıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə metronun “Sahil” stansiyasında qeydə alınıb.

Belə ki, “İçərişəhər” metrostansiyasından çıxan qatar “Sahil” stansiyasında boşaldılıb.

367651902 980005336604604 3146462390269510300 n 367682211 640076818218280 2127466618112414593 n

Paylaş: