Bakı metrosunda bədbəxt hadisə

Bakı metrosunda maşinist qatar idarə edərkən vəfat edib.

Globalinfo.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nda təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.