“Bakı Metropoliteni”nin əsasən bir neçə stansiyasında hər gün pik saatlarda görülməmiş basabas yaşanır. Sərnişinlərin qatarlara minib-düşməsi həddən artıq çətinləşir.
İctimai fəal şəxslər mütəmadi olaraq müxtəlif stansiyalarda hədsiz sıxlığı əks etdirən fotolar və videolar paylaşırlar.
Bu gün də metronun “28 May” stansiyasında eyni hal yaşanıb. Belə ki, metrostansiyada fəlakət sayıla biləcək vəziyyəti əks etdirən foto paylaşılıb. Sosial şəbəkələrdə yayılan fotolardan aydın görünür ki, qatarlara minmək və düşmək demək olar ki, mümkün deyil.
Dəfələrlə istər ənənəvi media, istərsə də müxtəlif platformalarda Bakı metrosunda bu biabırçı vəziyyət müzakirə edilsə, tənqid olunsa da, “Bakı Metrooliteni” QSC-nin rəhbərliyi yenə də nəticə çıxarmır. Bu da insanların evdən-işə, işdən-evə getməsinə ciddi maneə yaradır. Həmçinin bu hal insan həyatı üçün də ciddi təhlükə sayılır.
Globalinfo.az Bakı metrosunun tükənməyən sıxlıq problemini əks etdirən fotolardan bəziləri təqdim edir:


