Həmçinin oxuyun:

Prezident yerli televiziya kanallarına müsahibə verdi – TAM MƏTN/YENİLƏNİB

metro123 900x600 1

Bakı Metropoliteninin fəaliyyəti bərpa olunub.

Bu barədə Globalinfo.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.

“Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik”, – deyə metro bəyan edib.

***14:51

Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.

***12:36

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Metropolitendən Globalinfo.az-a bildirilib ki, ilkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

***

Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.

Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

***

“Qara Qarayev–Nərimanov” mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.

Texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.

Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik.

WhatsApp Image 2026 04 21 at 13.02.16 WhatsApp Image 2026 04 21 at 12.43.05

Paylaş: