Bakı həbsxanasında üç məhkum öldü

Bakıda daha üç nəfər həbsdə ölüb. 

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb.

Orada saxlanılan məhkumlar – Çingiz Səfər oğlu Məmmədov, Hikmət Nazim oğlu Əliyev və İsmayıl Hekayət oğlu Abuşov dünyasını dəyişiblər.

Onların xəstəlikdən öldüyü bildirilir.