Bakı bulvarında qadın azyaşlı uşaqla özünü dənizə atdı – VİDEO / YENİLƏNİB

Dalğıclar dənizdə batma təhlükəsində olan şəxsi xilas edib.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1985-ci il təvəllüdlü N.Cavadova dalğıclar tərəfindən xilas edilib.

***

Bakı bulvarında qadın azyaşlı uşaqla birlikdə özünü dənizə atıb.

Globalinfo.az xəbər verir ki, uşaq ətrafdakıların köməkliyi ilə xilas edilib.

Məlumata görə, qadını isə FHN əməkdaşları sudan çıxarıb.