Babəkdə təcili tibbi yardım avtomobili qəzaya uğradı: xəsarət alanlar var – FOTO

ec648bbf c3f8 34df 866f 7939561da68b 850

Naxçıvanda çağırışa gedən təcili tibbi yardım avtomobili qəza törədib, 2 nəfər xəsarət alıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə Babək rayonu ərazisində baş verib.

Çağırışa gedən markalı təcili tibbi yardım avtomobili “Mercedes” avtomobili ilə toqquşub.

Hadisə nəticəsində təcili tibbi yardım avtomobilində olan Bəbək rayonu, Zeynəddin kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Fatma Talıb qızı və Badaşqan kənd sakini, 1988-ci il təvəllüdlü Novruzov Namiq Paşa oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

2753054d a3c7 3354 9253 82610b135a9a 4a4eaa26 8323 3d8c a51d 856db9a1edc5 5e7aea09 12b6 3576 864a 7d98ec0f6201