orig

Bakıda fitnes kompleksində dörd yaşlı uşaq faciəli şəkildə vəfat edib. 2019-cu il təvəllüdlü Gülay Məmmədli dünən axşam saatlarında fitnes və SPA kompleksinin hovuzunda boğulub.

Globalinfo.az xəbər verir ki, FSsağlamlıq mərkəzi rəsmi nümayəndəsi azyaşlının boğulmadan vəfat etmədiyini deyib.

O bildirib ki, uşaq qızdırmalı halda gəlib və suda olarkən qəfil halı dəyişib.

Təcili Tibbi Yardım çağırılıb və heyət təxminən

50 dəqiqə sonra gəlib ünvana çatıb.

Azyaşlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Zaira Akifqızı 

Globalinfo.az 

Paylaş: