fe6b77d0c5f5b82d3621501b4aaa074f

Bakının Nərimanov rayonunda azyaşlı bıçaqlanıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.

Belə ki, 2009-cu il təvəllüdlü Ağakişiyev Nihat Murad oğlu həmyaşdları ilə mübahisə zamanı ayağından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Paylaş: