Azyaşlı futbolçularımız zəlzələ qurbanlarını belə andı – FOTO

Azərbaycanda azyaşlılardan təşkil olunan futbol üzrə U10 liqasının oyununda Türkiyədəki zəlzələ qurbanları yad edilib.

Globalinfo.az xəbər verir ki, liqanın iki komandası “Zəfər PFK” və “Binə” klubları arasında keçirilən matç bir dəqiqəlik sükutla başlayıb.

Azyaşlılarımız zəlzələ qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq sayğı duruşunda dayanıblar.

Sözügedən hadisə sosial şəbəkələrdə təqdirlə qarşılanıb.