Azərbaycanlıların sevimli aktyoru vəfat etdi

Türkiyənin məşhur aktyoru İsmayıl Köksal Engür 77 yaşında vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, səhhəti pisləşən Köksal təcili tibbi yardım maşınında dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycan tamaşaçısı onu əsasən “Leyla ilə Məcnun” serialındakı “Dədə” obrazı ilə tanıyıb.