128156144 467215944246081 6592940615592245512 n

“44 günlük Vətən müharibəsi dövründə ermənilərlə bağlı yazdığı statusa görə və içimizdəki ermənilərin də öz qohumlarına ötürdüyü informasiyalardan sonra Nurlan İbrahimov futboldan ömürlük uzaqlaşdırıldı”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Əməkdar jurnalist, Qol.az saytının baş redaktoru Aydın Bağırov deyib.

194100 8jo5nwos6i 1

Aydın Bağırov

A.Bağırovun sözlərinə görə, N.İbrahimov yenidən futbola qayıda bilər:

“Nurlanın son müsahibəsindən belə başa düşdüm ki, yenə də gec deyil. AFFA UEFA-ya təsir edib bu qurumun verdiyi qərarı dəyişdirə bilər.

AFFA-nın özünə lazım olanda Avroliqanın finalını, Avro-2020-nin bir neçə oyununu Bakıda keçirə bilir. Həqiqətən kiçik şey deyil bunlar. Nurlanın işi isə AFFA-nın rəhbərliyi üçün xırda, özü də çox xırda məsələdir. Nəyi deyirəm? Yəni mərdlik göstərib bu şərəfli Azərbaycan oğluna kömək etmək olar. Mərdlik göstərib…”

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: