Azərbaycanlı gənc Aİ-nin veb səhifəsində boşluq tapdı – FOTO


Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin 2-ci kurs tələbəsi Sadiq Qasımov Avropa İttifaqının rəsmi veb səhifələrində boşluq aşkar edib.

Universitetdən Globalinfo.az-a verilən məlumata görə, aşkarladığı boşluğu CERT-EU (The Computer Emergency Response Team for the EU institutions, bodies and agencies) saytına bildirən tələbə təsdiq cavabını alıb və bir müddət sonra məlumatlar saytın “Hall of Fame” hissəsində 2 dəfə paylaşılıb.

Bu məlumatla CERT-EU HoF: https://cert.europa.eu/hall-of-fame saytında tanış olmaq olar.


Sadiq Qasımov

Qeyd edək ki, Sadiq Qasımov bu yaxınlarda AzTU-da keçirilən kibertəhlükəsizlik üzrə CTF (Capture-The-Flag) yarışında birinci yerə layiq görülüb.

Malik Liftiyev
Globalinfo.az