Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün… – Peter Siyarto

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası zamanı deyib.

“Bu regionda investisiyaların dəstəklənməsi üçün nizamnamə kapitalı 50 milyon ABŞ dolları olan fond yaradılıb. Sizdən xahiş etmək istərdim ki, biz öz şirkətlərimizi bu fonddan maliyyələşdirilə biləcək layihələr vasitəsilə dəstəkləməyə davam etdiyimiz kimi, siz də şirkətlərinizi bununla bağlı həvəsləndirəsiniz”, – o vurğulayıb.