Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriya Ərəb Respublikasının energetika nazirinin köməkçisi, mühəndis Qiyas Diyabla görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyinin “X” sosial şəbəkə hesabında məlumat verilib.
“Azərbaycan və Suriya arasında energetika sahəsində əməkdaşlığın inkişafı ilə bağlı səmərəli danışıqlar aparılıb”, – deyə paylaşımda vurğulanıb.