Azərbaycanla İsrail arasında daha bir sənəd imzaladı – FOTOLAR

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İsrail dövlətinin Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyi arasında “Kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi”, eləcə də “2023-2025-ci illər üçün kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Yol Xəritəsi” imzalanıb.

Bu barədə Globalinfo.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumatda bildirilir ki, Azərbaycan və İsrail arasında aqrar sahədə əməkdaşlıq, kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsinin artırılması, heyvandarlıq və toxumçuluq sahələrində ən müasir texnologiyaların transferi, aqrar tədqiqatlar və təcrübə proqramları sahələrində əməkdaşlığın genişləndirilməsi, suvarma sahəsində İsrail təcrübəsi məsələləri müzakirə olunub. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Azərbaycanla İsrail arasında “2023-2025-ci illər üçün kənd təsərrüfatı sahəsində Yol Xəritəsi” imzalanıbAzərbaycanla İsrail arasında “2023-2025-ci illər üçün kənd təsərrüfatı sahəsində Yol Xəritəsi” imzalanıbAzərbaycanla İsrail arasında “2023-2025-ci illər üçün kənd təsərrüfatı sahəsində Yol Xəritəsi” imzalanıb