Azərbaycanla əməkdaşlığımız davam edir – Selçuk Bayraktar

“Baykar” şirkəti Azərbaycan tərəfi ilə əməkdaşlığı davam etdirir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İstanbulda keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində jurnalistlərə açıqlamasında “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib.

O qeyd edib ki, azərbaycanlı mühəndislər “Baykar”ın dəstəyi ilə ağıllı pilotsuz sistemlərinin inkişafı üzrə çalışır.

Selçuk Bayraktar müdafiə nazirinin müavini – Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov və müdafiə sənayesi nazirinin müavini Vüqar Mustafayev ilə Azərbaycan stendində görüşüb.