Azərbaycanın üç rayonu işıqsız qalıb – FOTOLAR

Qarlı, küləkli hava şəraiti səbəbindən Lənkəran, Masallı, Salyanda ağaclar elektrik xətlərinin üzərinə aşıb.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu səbəbdən bəzi kəndlərdə elektrik enerjisinin verilişində problem yaranıb.

Hazırda adıçəkilən rayonlarda elektrik enerjisinin bərpası istiqamətində aidiyyəti qurumların müvafiq işçi qüvvələri ilə birgə tədbirlər görülür.