Azərbaycanın Suriyadakı səfirliyi kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edib

67e3d0504cbf667e3d0504cbf7174298324867e3d0504cbf467e3d0504cbf5

Azərbaycanın Suriyadakı səfirliyi paytaxt Dəməşqdə kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edib.

Globalinfo.az  xəbər verir ki, mərasimdə üç gün boyunca davam edəcək tədbirlərin 1000 nəfərədək uşağı əhatə edəcəyi bildirilib.

Tədbirdə iştirak edən Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov bildirib ki, bugünkü mərasimdə qayğıya ehtiyacı olan uşaq 500 uşaq iştirak edir.

Diplomat həmçinin, Suriyada baş verənlər nəticəsində 2012-ci ildən etibarən Azərbaycanın səfirliyinin fəaliyyətini dayandırdığını və bir qədər əvvəl onun bərpası prosesinin başlandığını açıqlayıb.