
Azərbaycanın ilk lazer silahı nümayiş etdirilib.
Globalinfo.az xəbər verir ki, nümayiş ADEX sərgisində təşkil edilib.
“Fireforce” lazer silahının gücü 30 kilovat, çəkisi 900 kiloqramdır. Azərbaycan mühəndisləri tərəfindən hazırlanan silah yüngül zirehli avtomobil üzərində yerləşdirilib.
***
Azərbaycanın ilk lazer silahı olan “Fireforce”un konstruktoru Valeh Arifzadə deyib ki, 2 ay ərzində hazırlanan bu silah rəqibləri ilə müqayisədə daha yığcamdır:
“Həmçinin bu lazer silahı nəm, toz və buxardan təsirlənmir. Bütün hissələri özümüz hazırlamışıq və patent dövlətimizə məxsusdur. Silahımızı təkmilləşdirəcəyik. Hələlik 1 kilometr vuruş məsafəsi var, amma 10 kilometrə çatdırmağı planlaşdırırıq”.