Ermənilər iki istiqamətdə təxribat törətdi: Ordumuz tədbir gördü

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 9-u saat 10:40 radələrində İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Globalinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, – məlumatda vurğulanıb.

***09:09

Aprelin 8-si saat 23:35-dən 23:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunan bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.