Azərbaycanda daha bir zəlzələ oldu

Xəzər dənizində daha bir zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

İlkin məlumata görə, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi 16 km olub.

***14:44

Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ Xəzər dənizində qeydə alınıb.

İlkin məlumata görə, yeraltı təkanın maqnitudası 3.7-dir.