Azərbaycanda tələbə vəfat etdi – FOTO

Azərbaycanda tələbə oğlan vəfat edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə onun təhsil aldığı Azərbaycan Texnologiya Universitetinin sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, universitetin “Turizm işinin təşkili” ixtisasının 3-cü kurs tələbəsi Ergün Əliyev dünyasını dəyişib.