Azərbaycanda tələbə faciəli şəkildə öldü

Azərbaycanda tələbə faciəli şəkildə ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, Göyçayda rayonun Müskürlü kənd sakini, 2000-ci il təvəllüdlü İsmayıl Rafiq oğlu İsmayılov Potu kəndi ərazisində ağacdan alça yığarkən ehtiyatsızlıqdan yaxınlıqdan keçən elektrik xəttinə toxunub. Nəticədə onu elektrik cərəyanı vuraraq öldürüb.

24 yaşlı İsmayıl İsmayılov Mingəçevir Dövlət Universitetində təhsil alırmış.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda cinayət işi başlanılıb və araşdırma aparılır