Azərbaycanda Ramazan və Məhərrəm ayı nə vaxt başlayır?

Azərbaycanda Ramazan və Məhərrəm ayı nə vaxt başlayır?

Azərbaycanda 2025-ci ildə müqəddəs Ramazan ayının daxil olacağı gün məlum olub.

Bu barədə Globalinfo.az-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, Ramazan ayının ilk günü martın 1-ə təsadüf edəcək.

Qafqaz Müsəlmanları İdarəsinin illik təqvimi təqdim edirik:

– 18 Ramazan (18 mart 1-ci Qədr gecəsi əhya saxlamaq)

– 20 Ramazan (20 mart 2-ci Qədr gecəsi əhya saxlamaq)

– 22 Ramazan (22 mart 3-cü Qədr gecəsi əhya saxlamaq)

– 1-2 Şəvval (30-31 mart) Ramazan (Fitr) bayramı ( Yəni bayram namazı qılınan gün)

– 10-11 Zilhiccə (6-7 iyun) – Qurban bayramı

– 18 Zilhiccə (14 iyun) Qədir- Xumm bayramı

– 1 Məhərrəm (26 iyun) – 1446-cı Hicri Qəməri ilinin ilk günü

– 9 Məhərrəm (4 iyul) Tasua günü

– 10 Məhərrəm (5 iyul) Aşura günü

– 20 Səfər (14 avqust) – Ərbəin Günü (İmam Hüseynin (ə) şəhadətinin qırxıncı günü).

Zaira Akifqızı
Globalinfo.az