k 1 1

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyinin “Respublika Qan Bankı” Publik Hüquqi Şəxsin (PHŞ) dəstəyi ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Konstitusiya və Suverenlik ilinə həsr olunmuş könüllü qanvermə aksiyası təşkil edib.

Globlinfo.az bildirir ki, qanvermə aksiyası yüzlərlə xəstəyə həyat bəxş edilməsi, eyni zamanda ictimai həmrəyliyin və humanist dəyərlərin daha da möhkəmlənməsi məqsədi ilə keçirilib.

“Respublika Qan Bankı” PHŞ-nin həkim briqadası tərəfindən icra edilən aksiyada Dövlət Komitəsinin əməkdaşları könüllü donor kimi qan veriblər.

Tədarük olunan qan nümunələri laboratoriya şəraitində yoxlandıqdan sonra talassemiyalı və hemofiliyalı, eləcə də qana ehtiyacı olan digər şəxslərin müalicəsində istifadə olunacaq.

Dövlət Komitəsinin və tabeliyindəki strukturların əksəriyyətinin məcburi köçkünlərdən, şəhid ailəsi üzvlərindən, müharibə əlili və veteranlarından ibarət kollektivinin 100-ə yaxın əməkdaşı xeyriyyə aksiyasında iştirak edib.

Xatırladaq ki, Dövlət Komitəsi Müdafiə Nazirliyi ilə birlikdə də beş ildir “Qanımız bir, canımız bir” devizi ilə könüllü qanvermə aksiyası keçirir.

DSC 0008 1763547454DSC 0021 1763547454DSC 0028 1763547454

DSC 0032 1763547454 DSC 0080 1763547454 DSC 0084 1763547454 DSC 0087 1763547584 DSC 0094 1763547584 DSC 0095 1763547584 DSC 0109 1763547584 DSC 0119 1763547584 DSC 0123 1763547584

Paylaş: