novruz aslan

“2024-cü ildə Qırğızıstanın paytaxtı Bişkekdə Qızıl Aypara Cəmiyyətlərinin bir şəbəkəsi yarandı. Əsas məqsədimiz Qızıl Aypara Cəmiyyətlərinin regionda fəaliyyətini gücləndirmək, Türk Dövlətlər Təşkilatının (TDT) siyasətini humanitar sahədə həyata keçirmək və koordinasiyanı gücləndirməkdir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında TDT-yə üzv dövlətlərin Qızıl Aypara Cəmiyyətlərinin prezidentlər şurasının iştirakı ilə keçirilən görüşdə Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov deyib.

O bildirib ki, hər hansı hadisənin baş verə biləcəyi halda humanitar sahədə fəaliyyətimiz mövcuddur:

“Biz insanlara operativ surətdə dəstək olmalıyıq. Bu gün tədbirdə bu məsələlər müzakirə olunacaq, Bakı Deklarasiyası qəbul ediləcək. Burada müəyyən istiqamətlər işıqlandırılacaq və bizim gələcək yol xəritəmiz təmin olunacaq. İnanıram ki, gələcəkdə Qızıl Aypara Cəmiyyətlərinin qırmızı şəbəkəsi humanitar sahədə Türk Dövlətləri Təşkilatının aparıcı qüvvəsinə çevriləcək”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: