Xalq artisti Roza Cəlilova “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
Globalinfo.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, sənət yoldaşları ilə yanaşı, Mədəniyyət Nazirliyinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, Roza Cəlilova ilə vida mərasimi Təzəpir məscidində keçirilib.
***14:19
Xalq artisti, rəqqasə Roza Cəlilova ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, vida mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.
Xalq artisti Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, 96 yaşlı Roza Cəlilova bu gün yaşadığı mənzildə vəfat edib.
***13:21
Xalq artisti Roza Cəlilovanın dəfn yeri dəyişdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya nəvəsi Lalə Aslanur bildirib.
O qeyd edib ki, nənəsi vəsiyyətinə əsasən II Fəxri xiyabanda deyil, Qurd qapısı qəbiristanlığında – qardaşının yanında dəfn olunacaq.
Xatırladaq ki, Roza Cəlilova ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək.
***
Xalq artisti Roza Cəlilova II Fəxri xiyabanda dəfn olunacaq
Globalinfo.az bildirir ki, bu barədə APA-ya nəvəsi Lalə Aslanur məlumat verib.
***09:51
Xalq artisti, 97 yaşlı rəqqasə Roza Cəlilova vəfat edib.
Globalinfo.az bakupost.az-a istinadən xəbər verir ki, hadisə sənətkarın yaşadığı mənzildə – Bakının Səbail rayonunda T. Elçin küçəsi 5 ünvanında qeydə alınıb.
Məlumata görə, Roza Cəlilova həkimə çatdırılmadan əvvəl vəfat edib.
Faktla bağlı araşdırma aparılır.


