İmmunitet sisteminin qocalmasını ləngidən iki məhsul aşkarlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nature Aging” jurnalı məlumat yayıb.
Bildirilib ki, sözügedən qidalar nar və qozdur:
“Tədqiqatda 45-70 yaş arası 50 nəfər iştirak edib. 28 gün ərzində könüllülər gündə 1000 milliqram urolitin A və ya plasebo tükədiblər. Nar və qoz yeyənlərin bağırsaqlarında əmələ gələn urolitin A immunitet sistemində yaşa bağlı dəyişiklikləri azaldıb, yəni CD8+ T hüceyrələrinin nisbətində artım görünüb. Bu, funksional olaraq gənc hüceyrələrdir, onların sayı adətən yaş keçdikcə azalır”.
Günel Cəlil
Globalinfo.az