Tanınmış jurnalist, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyevin son paylaşımı narahatlıq doğurub.
Globalinfo.az xəbər verir ki, o, paytaxtın mərkəzində sahibsiz itlərin sürü halında gəzdiyini deyib.
Jurnalist bununla bağlı görüntülər paylaşıb:
“İtlərin həm özümə, həm də ətrafdakı insanlara qarşı aqressiya nümayiş etdirmələri ciddi təhlükə yaradırdı. Məsələ ilə bağlı çəkdiyim görüntüləri paylaşmaqda məqsəd kimisə ittiham etmək deyil. Belə halların vaxtında aradan qaldırılması və insanların , xüsusilə uşaqların təhlükəsizliyinin təmin olunmasının vacibliyinə diqqət çəkmək istəyirəm. Ümid edirəm ki, aidiyyəti qurumlar vəziyyətə operativ reaksiya verəcək və xoşagəlməz hadisə baş verməyəcək”.
Həmin görüntüləri təqdim edirik:
Günel Cəlil
Globalinfo.az